Yuxarı

Sosis yemək xərçəng yaradır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sosis yemək xərçəng yaradır?

Birləşmiş Krallığın Qlazqo Universitetinin əməkdaşları başda professor Cill Pell olmaqla yeni layihələrinin kifayət qədər maraq doğuran nəticəsini "Avropa xərçəng jurnalında” dərc ediblər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb və həftəyə 2 və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut edib. 260 min xəstə qadının xəstəlik tarixçəsini təhlil edən qrup şok faktlar üzə çıxarıb.

Sübut olunub ki, gündəlik 10-15 qramdan artıq işlənmiş ət məhsulu yeyən qadının süd vəzi xərçəngi olma riski 20-30% artır. Bir sözlə, bu miqdar 2 sosiskaya bərabərdir. Eyni zamanda təbii qırmızı ətlə süd vəzi xərçəngi arasında hər hansı bağlılıq tapılmayıb.

Sənaye cəhətdən işlənmiş ət dedikdə bura kolbasa, sosis, vetçina, salyami, konservlər daxildir - bir sözlə supermarketdə qoxusu və dadı ilə ağızları sulandıran ət məhsulları.

Xatırladaq ki, hələ 2015-ci ildə Dünya Səhiyyə Təşkilatı termiki işlənmiş ət məhsullarını kolorekrotal xərçəngin inkişafına səbəb olan kanserogen qrupuna daxil etmişdi.

Tarix
2021.12.07 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Kestutis Budrislə danışdı

Ermənistana 989 ton olan dizel göndərildi

Prezident San Marinonun Regent Kapitanlarını təbrik etdi

İlham Əliyev Pere Joan Pons Sanpietronu qəbul etdi

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla