Yuxarı

Son yoluxmaların 90 faizi... - İnfeksionist

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son yoluxmaların 90 faizi... - İnfeksionist

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayının artması əsasən Omikron ştammı ilə əlaqədardır.

Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov nazirliyin İnstaqram hesabında COVİD-19 mövzusunda çıxışı zamanı deyib.

“Həmin ştammın yoluxduruculuğunun yüksək olması nəticəsində xəstələrin yaxın təmasda olduğu, demək olar ki, hər kəs koronavirusla xəstələnir. Lakin müsbət haldır ki, Omikron ştammının inkubasiya dövrü əvvəlkilərlə müqayisədə daha az, adətən, 1-3 gündür”, - həkim-infeksionist vurğulayıb.

T.Eyvazov bildirib ki, son yoluxmaların 90 faizinin əlamətləri Omikron ştammı ilə üst-üstə düşdüyünə görə xüsusi yoxlamalara ehtiyac duyulmur:

“Ona görə də demək olar ki, son yoluxmaların 90 faizi Omikronla əlaqəlidir. Lakin xəstəlik yüngül keçdiyinə görə xəstəxanalara yatışların sayı çox deyil. Ambulator müalicə alan xəstələrin sayı isə çoxalıb. Xəstəlik yüngül keçsə də, yoluxmaların sayının artması müvafiq olaraq səhiyyə yükünün də müəyyən qədər artmasına gətirib çıxarıb”.

Həkim-mütəxəssisin dediyinə görə, hazırda ölkədə uşaqların Omikron ştammı ilə yoluxması barədə rəsmi statistik göstərici yoxdur:

“Dünya təcrübəsinə əsasən isə uşaqlar arasında Omikrona yoluxma Deltaya nisbətən daha çoxdur. Uşaqlar da yeni ştammı böyüklərlə, demək olar ki, eyni keçirir, lakin xəstəliyin əlamətləri nisbətən daha yüngül olur. Bir müddətdir ki, ölkədə uşaqlar arasında yayılmış infeksiyaların hər birini COVID-19-la əlaqələndirmək olmaz. Onların əksəriyyəti fəsli virus infeksiyaları idi”.

Tarix
2022.01.26 / 17:47
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla