Yuxarı

Çox oturmağın ziyanları nələrdir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çox oturmağın ziyanları nələrdir?

Avstraliyalı elm adamlarının fikrincə, hərəkətsizlik sadəcə bədən deyil, ruh sağlamlığına da təsir edə bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, uzun müddət eyni vəziyyətdə qalmağın həyəcan və narahatlıq hisslərinə səbəb ola biləcəyi qeyd edilib.

Alimlər hərəkətsizlik və narahatlıq hallarını nəzərdə tutan, ümumilikdə 13 min 470 insanın qatıldığı 9 araşdırmanın nəticələrini dəyərləndirib.

Alimlər saatlarla televizor və ya kompüter ekranı qarşısında oturmanın yuxu pozğunluqlarına yol açaraq metabolizmə də mənfi təsir göstərdiyini qeyd edib. Onlar həmçinin "tənbəlliyin" cəmiyyət arasına qarışmağın qarşısını aldığı və həyəcan kimi psixi pozğunluqlara zəmin hazırlaya biləcəyi qənaətinə gəlib.

Araşdırmanın nəticələri "BMC Public Health" jurnalında dərc olunub. Daha əvvəl aparılan araşdırmalar hərəkətsizliyin diabet, köklük kimi bir çox xroniki xəstəliyə gətirib çıxardığını ortya qoymuşdu.

Amerikalı elm adamlarının bir araşdırması da 3 saatlıq zaman zərfində hər saat 5 dəqiqə gəzməyin qan dövranı və təzyiqə müsbət yöndə təsir etdiyini göstərmişdi.

Ümumdünya Səhiyyə Təşilatı (ÜST) formada qalmaq və sağlamlığı qorumaq üçün gündə 10 min addım atılmasını tövsiyə edir.

Araşdırmalara görə, müntəzəm idmanla məşğul olmaq döş xərçəngi riskini 39 faiz, bağırsaq xərçəngi riskini 26 faiz, diabet riskini 34 faiz azaldır.

ÜST-ün yayımladığı Fiziki Aktivlik Hesabatına əsasən, hərəkətsiz yaşam yüksək təzyiq, siqaret və diabetdən sonra ölümə yol açan 4-cü amildir.

Tarix
2022.01.28 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Əgər revanşistlər seçkilərdə qələbə qazansaydı...

Rusiya Nikoldan əl çəkmir: Görünməmiş təzyiq!

Bayramov Fidanla görüşdü

Koşta: Ermənilər Azərbaycanla sülhə səs verdi

Azərbaycanla sülh sual altına düşdü – Kreml istəyinə çatdı

Zeynəbin anası: Beş gündür qızımdan xəbərim yoxdur - Video

Paşinyan qalib gəldi, ancaq Putin buna nail oldu!

Azərbaycan bu Avropa ölkəsində səfirlik açır

Seçki nəticəsi dəyişdi - Paşinyan sevindi

Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla