Yuxarı

Bu döşəklərin üzərində yatmaq təhlükəlidir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu döşəklərin üzərində yatmaq təhlükəlidir

Daim şişmə döşəklərin üstündə və qatlanıb-açılan çarpayıda yatmaq insan sağlamlığına zərər verə bilər.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı nevroloq, manual terapevt Pavel Kokotov xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, adi, yaylı çarpayı döşəklərinin üstündə yatmağın insan sağlamlığı üçün heç bir zərəri yoxdur.

"Bu döşəklər elə hazırlanır ki, onlar insan bədənin çəkisi altında müəyyən yerlərdə fərqli şəkildə təzyiqə məruz qalır. Yəni, bu təzyiq, məsələn, omba nahiyəsində bir qədər çox, bel nahiyəsində isə daha az olur ki, təbii əyilmələr əmələ gəlsin və əzələlər rahat vəziyyət alsın", - deyə Kokotov izah edib.

Nevroloqun sözlərinə görə, şişmə döşəklərin və ya qatlanan çarpayının üstündə yatanda isə tamamilə başqa effekt alınır.

"Şişmə döşək və ya standart qatlanan çarpayıda yatanda bir növ yüyrük effekti almış oluruq, yəni, qollar və baş yuxarıda, bel və gövdə aşağıda", - deyə həkim bildirib.

Kokotovun sözlərinə görə, həmişə bu şəkildə yatmaq bel və boyun ağrılarına gətirib çıxara bilər.

"Qatlanan çarpayıda və ya şişmə döşəyin üstündə yatanda onurğa daim sabit vəziyyət almağa çalışır ki, bu da əzələlərin gərginləşməsinə, spazmlara səbəb olur. Nəticədə səhərlər boyunda, bel nahiyəsində ağrılar yaranır", - deyə o bildirib.

Nevroloq onu da qeyd edib ki, həmişə yanlış vəziyyətdə yatan insan onurğa xəstəliyinə tutulma və ya yuxu pozğunluğu riski altındadır.

"Əvvəlcə sadəcə diskomfort hiss eləyirsiniz, amma gələcəkdə onurğanın müəyyən xəstəlikləri ortaya çıxa bilər. Yuxu pozğunluğunun yaratdığı narahatlıqlar, hormonal pozğunluqlar və s. baş verə bilər", - Kokotov xəbərdarlıq edib.

Onun sözlərinə görə, şişmə döşək və ya qatlanan çarpayıda yalnız arabir, məsələn, qonaq gedən vaxt yatmaq olar.

Tarix
2022.02.07 / 01:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla