Yuxarı

Kofe maye itkisinə yol açır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kofe maye itkisinə yol açır?

Birmingham Universitetindən elm adamlarının araşdırması, qəhvənin maye itkisinə yol açdığı fikrini "çürüdüb", hətta gündə bir neçə fincan su qədər təsirli olduğunu göstərib.

Fikrin 1928-ci ildə edilən araşdırmaya söykəndiyini bildirən elm adamları, sağlam insanlardan 3 gün boyunca 4 böyük stəkan su və ya qəhvə içməsini istəyib. Daha sonra su içənlər qəhvə, qəhvə içənlər su tükədib.

"Axar.az" xəbər verir ki, iştirakçılar araşdırma ərzində eyni yeməkləri yeyib, ağır idman və spirtdən imtina edib.

Qan və sidik testləri, su və ya qəhvə içdiklərində iştirakçıların bədənində eyni nisbətdə maye itkisinin olduğunu göstərib.

Kafeinin sidik qovucu təsirinin, içkidəki su miqdarıyla tarazlandığını vurğulayan araşdırmaçılar, çay üçün də eyni təsirin söz mövzusu ola biləcəyinə diqqəti çəkib.

Araşdırmanın nəticələri'' PLoS ONE'' jurnalında nümayiş olunub.

Tarix
2014.01.12 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla