Yuxarı

Rektorun xanımı danışdı: Günahkar həkimlərdir - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"5 aydır bu vəziyyətdəyik: Bir ay Urologiyada yatıb, sonra İrana getdik, İrandan gələndən sonra da evdə yatdı bir az. Sonra da bu xəstəxanaya gəldik. İranda müalicə almayıb, burdan gedəndə böyrəyində problem vardı. Böyrəyində daş var idi, Urologiyada əməliyyat olunmuşdu, yaxşı eləməmişdilər əməliyyatı, yaxşı baxmamışdılar xəstəxanada".

Bu sözləri "Axar.az"a 1 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə alan yazıçı, keçmiş rektor Aslan Qəhrəmanlının həyat yoldaşı Gözəl xanım bildirdi.

Gözəl xanım Urologiyada əməliyyatdan sonra baş verənləri təfərrüatıyla danışdı:

"Bir aydan sonra məlum oldu ki, heç stend yerinə düzgün otuzdurulmayıb, amma böyrəkdəki daşı müalicə edirmişlər bunlar. Ondan sonra burdan bir tanış həkimlə getdik İrana. Orda yoxladılar məlum oldu ki, stend oturmayıb, həm də qan xəstəliyi olduğu üzə çıxdı.

Rayonda istirahətdə idi, adi bir daşın kanala düşməyindən şübhələndik, ordan elə pristupla Urologiya xəstəxanasına gətirdik. 73 yaşına qədər gəlib çatıb, heç vaxt şübhələnməmişik ki, hər hansı bir xəstəliyi var. Urologiyada səhlənkarlıq elədilər, vaxtında müayinədən keçirmədilər, yaxşı baxmadılar. Sonra da buraxanda dedilər ki, sağ qalsan, gələrsən. Müalicə həkimi Mirhəşim doktordur. Bura gəlirik, qanı yuyulur, təzələnir, çıxıb gedirik evə. Dövlət Xəstəxanası olduğuna görə müalicə pulsuzdur, amma qan lazım olur, imkanı olan şəxslərdən gəlib qan vermələrini xahiş edirik".

Aslan bəyin müalicə həkimi olan Mirhəşim doktorla da əlaqə saxlayıb xəstənin vəziyyəti haqqında həkim məlumatını öyrənmək istədik. Mirhəşim doktor xəstəxanada olsa da, orada bir saat sonra olacağını deyib, məlumat verməkdən yayındı.

Verilən bilgiyə görə, Aslan Qəhrəmanlıya bütün qan qrupundan olan şəxslər qan verə bilər. Donorlar bunun üçün 1 saylı Şəhər Kliniki Xəstəxanasına gedib II korpusa yaxınlığında yerləşən Qan Bankına yaxınlaşa bilərlər. İş saatı 9-da başlayır. Burada Nabat xanımla əlaqə saxlamaq, qan verərkən Aslan Qəhrəmanlı üçün olduğunu söyləmək və qan verdikdən sonra qəbz götürmək lazımdır.

Qeyd edək ki, məşhur yazar, "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" adlı üçhissəli telepyeslərin müəllifi olan Aslan Qəhrəmanlı həm də Azərbaycan Universitetinin keçmiş rektorudur.

Tarix
2014.01.16 / 13:43
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla