Yuxarı

Anar Niftəliyevin istintaqa verdiyi vəsatət təmin olundu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkim terroru nəticəsində əməliyyat masasında dünyasını dəyişən Elnarə Tofiqqızının işi ilə bağlı zərərçəkmiş tərəfin vəsatəti əsasında şahidlər dindirilib.

Bu barədə zərərçəkən Anar Niftəliyevin vəkili hüquqşünas Səməd Vəkilov məlumat verib.

Onun sözlərinə görə, Nəsimi Rayon Prokurorluğunda cinayət işini aparan müstəntiq Hafiz Əliyev şahidlər Pərviz Cəbrayıl və Faiq Səfərlinin ifadələrini alıb:

"Adıçəkilən şəxslər Elnarə Tofiqqızını cərrahi əməliyyata aparmazdan əvvəl Anar Niftəliyevin həkimlərlə apardığı danışıqların şahidi olublar. Bu səbəbdən həmin şəxslərin ifadələri istintaqın obyektiv nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Digər mühüm şahidlər də var ki, onlar da dindiriləcəklər".

Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Həmin ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub.

Faktla bağlı 2013-cü il sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.

Tarix
2014.01.21 / 12:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla