Yuxarı

Məhsəti Şərif: “Bu, sadəcə dəhşətdir”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhsəti Şərif: “Bu, sadəcə dəhşətdir”

Sumqayıtda yerləşən 2 saylı doğum evində növbəti həkim terroru nəticəsində dünyasını dəyşmiş 26 yaşlı Pərvinə Hüseynova ANS telekanalının məşhur aparıcısı Afət Telmanqızının qardaşının həyat yoldaşı və ANS-in keçmiş aparıcısı, eləcə də "Səs" internet televiziyasının "Xəbərlər" bölümünün keçmiş baş redaktoru Məshəti Şərifin dayısı qızıdır.

Hazırda Türkiyədə yaşayan Məshəti Şərif göz yaşları içində baş vermiş hadisə ilə bağlı "Axar.az"a danışdı:

"Mən nə deyəcəyimi bilmirəm, çox pisəm, uzaqdayam, əlim də çatmır. Belə hadisələrin baş verməsi birinci fakt deyil. Bu, son ayda jurnalistlərlə bağlı olan ikinci hadisədir. Anar Niftəliyevin də həyat yoldaşı həkim məsuliyyətsizliyi üzündən dünyasını dəyişdi. Biz jurnalistik və hadisəni az da olsa, qabarda bilirik. Amma bu hadisələri qabarda bilməyən insanlar var və onların sayı həddən artıq çoxdur. Azərbaycanda hər gün həkim məsuliyyətsizliyindən ölümlər baş verir. Bu, dəhşətli faktdır! Mən artıq Azərbaycanda səhiyyənin, tibbin mövcud olmadığına tam əminəm! Hadisə ilə bağlı Türkiyədə bir çox həkimlərlə danışmışam. Onlar sadəcə şoka düşüblər, həkimlərin bu qədər savadsızlığından heyrətə gəliblər".

Məshəti Şərif həmçinin baş vermiş hadisədən sonra Azərbaycanla birdəfəlik vidalaşdığını da bildirdi:

"Düşünürdüm ki, nə vaxtsa övladlarım böyüyər və gəlib Azərbaycanda yaşayaram, amma bundan sonra heç vaxt bu ölkəyə ayaq basmaram. Azərbaycan Tibb Universiteti ferma təsiri bağışlayır. Kobud da çıxsa, deyəcəm: elə bil inkubatordu, mayalandırıb, hər il pullarını alıb buraxırlar. Həmişə türkiyəli dostlarım deyir ki, bəs, niyə hər il sizdən müalicə olunmaq üçün bizə bu qədər insan gəlir? Utandığımdan deyə bilmirəm ki, orda insanları öldürürlər, səhiyyəmiz bizə faciə yaşadır. Övladlarımı Azərbaycan səhiyyəsinə etibar edə bilmərəm! Mən də Afət kimi cinayətkarların cəzalandırılması üçün əlimdən gələni edəcəm".

Tarix
2013.10.26 / 15:56
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

Rusiya inanmadı, panikaya düşdü, Bakını suçladı - Video

Solovyov rus elitasını təhqir etdi - Son yaxınlaşır?

Zelenskinin Trampa cavabı gülüş doğurdu - Video

Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyib

Putinə zəng edəcəm, müharibəni bitirmək istəyir - Tramp

Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm

Onların ölkəyə qaytarılması üçün sistemli iş aparılır - Nazir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla