Yuxarı

Analar üçün: körpələr nədən qusur?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusma xəstəlik deyil, hansısa bir xəstəliyin əlaməti kimi dəyərləndirilir.

Pediatr İlhamə Rüstəmbəyli azyaşlı uşaqların qusma səbəblərini və ilkin müdaxilə haqda fikirlərini Axar.az-la bölüşüb:

"Onun bir çox səbəbləri ola bilər. Mümkün variantları oxucularımız üçün sadalayıram:

1. Südəmər dövrdə qidanın mədədən yemək borusuna geri qayıtması səbəbindən (refluks)

2. Mədə-bağırsağın soyuqlamasından (buzlu su və ya çox soyuq qida qəbulu. Dondurma)

3. Hər hansı bir infeksiya səbəbindən (virus-bakteriya, h. Pilori, qurd xətəlikləri)

4. Bəzi uşaqlar qorxu-həyəcan keçirdikdə

5. Yuxarı tənəffüs yollarının xəstəliklərində bəlğəmi ifraz edə bilmədikdə

6. Travmadan (kəlləyə, qarın boşluğuna zərbədən)

7. Həzm orqanlarının xəstəliklərində (qaraciyər, öd kisəsi, mədəaltı vəzi, mədə, bağırsaq)

8. Böyrək və sidik yollarının xəstəliklərində

9. Dərman və qida zəhərlənmələri səbəbindən.

İlk olaraq təlaşlanmamaq və qusmanın səbəbini dəqiqləşdirmək lazımdır. Qusan uşağa dərhal qusmanı dayandırmaq üçün dərman vermək düzgün olmaz. Əslində, qusma orqanizmin qoruyucu reaksiyasıdır. Ev şəraitində qusan uşağa ilk edəcəyiniz yardım az-az maye verməkdir. Bundan sonra həkimə müraciət etmək məsləhətdir.

Bəzən uşaqda qusma ilə yanaşı ishal da olur. Bu zaman erkən müdaxilə vacibdir. Və bu kimi hallarda orqanizmə lazım olan minerallar itirilir".

Tarix
2015.11.03 / 08:15
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla