Yuxarı

Azərbaycanda satılan bu preparat saxtadır - Xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda satılan bu preparat saxtadır - Xəbərdarlıq

Danimarka dərman istehsalçısı “Novo Nordisk A/S” şirkətinin Azərbaycan nümayəndəliyi səhiyyə işçilərinə və əhaliyə müraciət edib.

Axar.az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə daxil olan müraciətdə deyilir ki, Ozempik® preparatına tələbatın yüksək olması ilə əlaqədar olaraq, Ozempik® 0,5 mq və 1,0 mq preparatının çoxsaylı saxtalaşdırılma hallarının meydana çıxması müşahidə olunur.

Nümayəndəlikdən bildirilib ki, bütün kontrafakt (saxtalaşdırılma) halları Novo Nordisk şirkəti tərəfindən izlənilir və qeydə alınır. Hazırda Qazaxıstan, Rusiya, Azərbaycan və Özbəkistanda saxtalaşdırılma halları qeydə alınıb

Şirkət saxta Ozempik® 0,5 mq və 1,0 mq preparatını necə fərqləndirmək barədə də tövsiyələrini verib:

- İnsulin istehsalçısı tərəfindən istifadə edilən, insulinlə müalicə üçün nəzərdə tutulmuş şpris-qələm

- Maksimum 80 vahid bölgüyə malik doza sayğacının olması (orijinal Ozempik® şpris-qələmində cəmi 3 bölgü şkalası mövcuddur: 0,25 mq, 0,5 mq və 1,0 mq)

- Sıxdıqda, iynədən kəskin insulin qoxusuna malik olan maye axır

“Novo Nordisk A/S” şirkəti həm səhiyyə mütəxəssislərinə, həm də pasiyentlərə preparatı aptekdən əldə edərkən Ozempik® şpris-qələminə xüsusilə diqqət yetirmələrini israrla tövsiyə edir.

Preparatın saxta olduğuna dair hər hansı şübhələr olduqda, insan orqanizminə gözlənilməz təsirlərin qarşısını almaq üçün bu halda preparatın istifadəsi qəti qadağandır. Saxta preparatın istifadəsi pasiyentin həyatı üçün təhlükəli ola bilər.

“Novo Nordisk A/S” şirkəti səhiyyə mütəxəssislərinə preparat istifadə edilənə qədər saxta məhsulun müəyyən edilməsi üçün Ozempik® preparatının qablaşmasının içindəkiləri pasiyentlə birlikdə nəzərdən keçirmək imkanından istifadə etməyi tövsiyə edir və saxta məhsullar aşkar edildikdə, bu cür hallar barədə şirkətin elektron poçt ünvanına ([email protected]) məlumat verməyi israrla xahiş edir.

Novo Nordisk şirkəti bu vəziyyəti yaxından izləyir və Ozempik® preparatının saxtalaşdırılması ilə bağlı məlum olan istənilən informasiyanın təqdim edilməsinə görə öncədən minnətdarlığını bildirir.

Tarix
2023.01.06 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla