Yuxarı

İnsanlar kədərlənəndə nə baş verir? - Şok tədqiqat

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsanlar kədərlənəndə nə baş verir? - Şok tədqiqat

Arizona Universitetinin alimləri müəyyən ediblər ki, əhvalı pis olan insanlar hekayələri dinləyərkən səhvləri daha tez fərq edə bilirlər.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı tədqiqata yalnız qadınlar cəlb olunub.

Alimlər tədqiqat iştirakçılarına "Sofinin seçimi" adlı filmdən kədərli səhnələr və "Dostlar" komediyasından bir hissə göstərməklə onların əhval-ruhiyyəsini manipulyasiya ediblər. Komediya janrında çəkilən film iştirakçıların əhval-ruhiyyəsinə təsir göstərməsə də, digər filmin səhnələri iştirakçılarda daha mənfi əhval-ruhiyyə yarada bilib.

İştirakçılar daha sonra bir sıra emosional səs yazılarını dinləyiblər. Hər biri dörd cümlədən ibarət mətnlərin yalnız birində xəta olub. Məsələn, gecə maşın sürmək haqqında hekayədə və ya ulduzlara baxmaqla bağlı mətndə “İşıqlar yandıqda, daha az görəcəksən” cümləsi yer alıb. Birinci halda bu ifadə səhv, ikincidə - düzgündür.

Alimlər müəyyən ediblər ki, iştirakçılar pis əhval-ruhiyyədə olanda səhvləri aşkar etməkdə daha effektiv olurlar. Beyin dalğalarının fəaliyyətinin təhlili insanların bu zaman daha diqqətli olduğunu təsdiqləyib.

Tarix
2023.01.15 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla