Yuxarı

Yumurtanın inanılmaz faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yumurtanın inanılmaz faydaları

Yeni tədqiqata əsasən, qida rasionuna müəyyən sayda yumurtanın əlavə edilməsi ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək edir. Ürəyi və qan damarlarını zədələyən hər bir vəziyyət, o cümlədən ürəyin işemik xəstəliyi, infarkt və insult ürək-damar xəstəliklərinə aiddir. Bu xəstəliklər qanda xolesterinin yüksək miqdarda olması zamanı baş verir, damarların daralması, düyünlər, ateroskleroz ilə müşayiət olunur. Ürəyin sağlam olması üçün xolesterinin səviyyəsinə, onun miqdarının artmamasına nəzarət etmək lazımdır.

Axar.az “MedikForum”a istinadən xəbər verir ki, nəticələri “Nutrients” jurnalında dərc olunan tədqiqat yumurtadan istifadənin bu baxımdan çox faydalı ola biləcəyini göstərib. Alimlər Yunanıstandan olan 3042 nəfərin 10 illik dövr ərzində göstəricilərini təhlil ediblər. Tədqiqatçılar belə qənaətə gəliblər ki, həftədə 1-3 yumurta yemək ürəyi xəstəliklərə qarşı daha dayanıqlı edir.

“Tədqiqat göstərib ki, bu sayda yumurta yeyənlərdə ürək-damar xəstəliklərinin yaranma ehtimalı 60 faiz aşağı olub”, - “Nutrients” yazıb.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, yumurta tərkibindəki doymuş yağ turşuları və xolesterinə görə faydalı olub-olmaması barədə hələ də mübahisə yaradan ərzaqdır. Ümumilikdə sağlam qida rejiminə riayət olunduğu zaman yumurta çox faydalıdır.

Alimlər hesab edirlər ki, yağlı qidadan sui-istifadə etməyən, çəki ilə problemi olmayanlar arzuladıqları halda həftə ərzində 7 ədəd yumurta yeyə bilərlər.

Tarix
2023.02.05 / 00:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla