Yuxarı

Nazirlikdən COVİD-19-la bağlı açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən COVİD-19-la bağlı açıqlama

Novruz bayramında müxtəlif şənliklərin keçirilməsi, bölgələrə gediş-gəliş halları çoxalmışdı. Bütün bunlar ölkəmizdə koronavirusa yoluxanların sayını artıra bilər?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib ki, Azərbaycanda COVİD-19 infeksiyası sönməyə doğru gedir.

"Ölkəmizdə virusa yoluxub sağalanları və virusa qarşı peyvəndləməni nəzərə alsaq bölgələrə gediş-gəliş virusa yoluxanların sayını artırmayacaq.

Rayonlara gediş-gəlişdən başqa da virusa yoluxmanı artıracaq ticarət mərkəzləri, kafelər, restoranlar, məktəblər, universitetlər və bu kimi bir çox məkanlar mövcuddur. Bütün bunlara baxmayaraq ölkəmizdə koronavirusa yoluxma sayı çox azdır. Ümumiyyətlə ölkəmizdə COVİD 19 infeksiyası ilə bağlı vəziyyət stabildir. Xarici ölkələri də götürsək pandemiyada artım qeydə alınmır", - deyə V. Əliyev əlavə edib.

Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 829 398 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 104 nəfər müalicə olunaraq sağalıb, 10 166 nəfər vəfat edib, aktiv xəstə sayı 128 nəfərdir.Ölkədə son sutka ərzində 910, hazırkı dövrədək isə 7 553 009 test aparılıb.

Tarix
2023.03.27 / 11:57
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla