Yuxarı

SOCAR rəsmiləri neftçilərə baş çəkdi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR rəsmiləri neftçilərə baş çəkdi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkiblər.

APA-nın hazırda xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, vitse-prezidentlər Xalik Məmmədov, Elşad Nəsirov, Bədəl Bədəlov, Tofiq Qəhrəmanov xəstələrin səhhəti ilə maraqlanıb, onlarla bağlı həkimlərdən məlumat alıblar.

Məlumata görə, SOCAR prezidenti Rövnəq Abdullayev hazırda hadisə baş verən platformadadır.

Qeyd edək ki, bu gün Ombudsman Elmira Süleymanova, Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının rəhbəri, millət vəkili Səttar Mehbalıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, Səhiyyə naziri Oqtay Şirəliyev, SOCAR rəhbərliyi də xəstələrə baş çəkib.

Xatırladaq ki, qəzada xəsarət almış 8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.

Tarix
2015.12.06 / 18:03
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla