Yuxarı

Xroniki yorğunluğu olanların diqqətinə!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xroniki yorğunluğu olanların diqqətinə!

Gənclərin, xüsusən ofis işçilərinin şikayətləndiyi xroniki yorğunluq sindromu pandemiyadan sonra daha da artıb.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkim Yekaterina Demyanovskaya xroniki yorğunluğun bir sıra patologiyalarla əlaqəli olduğunu bildirib.

“Bunlar anemiya, qalxanvari vəzi problemi, depressiya, gizli infeksion xəstəliklər, xərçəng, hepatit səbəbi ola bilər. Pandemiyadan sonra artma səbəbi koronavirus kimi infeksion xəstəliyə yoluxmaların olması idi. Bu sindromun müalicəsi hazırlanıb. Əsasən qida, mineral, vitamin qəbulu, həyat tərzinə dəyişiklik lazımdır.

Bu xəstələr mütləq rasiondan şəkəri çıxarmalıdır, şokolad, konfetdən sonra qəfil enerji yüksəlməsi olsa da, qısa müddətə o kəskin enir və insan özünü daha da tükənmiş hiss edir.

Yorğunluqla mübarizə üçün bütün infeksion xəstəliklər, rinit, bronxit, haymorit, sistit belə müalicə olunmalıdır. Eləcə də psixiatr, psixoloq dəstəyi lazımdır", - o qeyd edib.

Kimlərdə xroniki yorğunluq yaranır?

- Əməliyyatdan, narkozdan sonra;

- Daimi stress keçirənlər;

- Oturaq gərgin iş;

- Qeyri-əlverişli iş şəraiti;

- Fiziki hərəkətin olmaması;

- Şirniyyat yemək, zəif qidalanmaq.

Tarix
2023.09.12 / 02:06
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla