Yuxarı

Uşağı öldürən klinika: “İşi yoluna qoyacağıq” - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşağı öldürən klinika: “İşi yoluna qoyacağıq” - Foto

Bakının "Brizol" göz klinikası 5 yaşlı uşağın əməliyyat zamanı ölümünü ictimaiyyətdən gizlətməyə çalışır.

Axar.az olaraq klinikada Qusar sakini, 5 yaşlı Yusif İbrahimovun əməliyyat masasında ölməsinin səbəblərini araşdırdıq. Klinikanın qəbul şöbəsi suallarımızı cavablandırmaq üçün menecer Təranə xanıma yönəltdi.

Menecer isə əməkdaşımızın suallarına ətraflı cavab verməkdən yayınaraq, bu işin klinikanın daxili məsələsi olduğunu dedi. Hətta hadisəni "yoluna qoyacaqlarını" (?) da əlavə etdi.

Bizimlə söhbətdən yayınmağa çalışan klinika nümayəndəsi qısa şəkildə bildirdi ki, 5 yaşlı Yusif klinikaya daxil olarkən onun problemləri var imiş: "Həkim onu əməliyyat edib və evə yola salıb. Yəni, ölüm faktı burda qeydə alınmayıb".

Təranə xanım uşağı hansı həkimin əməliyyat etdiyini də açıqlamadı. Menecer öz soyadını belə təqdim etmədi.

Yenidən qəbul şöbəsinə müraciət etdik və baş həkimlə görüşmək istədiyimizi onların diqqətinə çatdırdıq.

Qəbul şöbəsindən bildirildi ki, nə mətbuatla əlaqəli şəxs, nə də baş həkim iş yerindədir. Odur ki, menecerdən başqa suallara kimsə cavab verə bilməz.

Nərimanov Rayon Prokurorluğunun növbətçi hissəsindən Axar.az-a bildirildi ki, ölüm faktını müstəntiq Orxan Rüstəmov araşdırır.

Qeyd edək ki, çəpgözlük səbəbindən əməliyyata qaldırılan uşaq həkim səhlənkarlığının qurbanı olub. Ona anesteziyanın düzgün verilmədiyi bildirilir. Hadisə iki gün əvvəl baş verib.

Tarix
2016.01.21 / 13:58
Müəllif
Emil, Faiq
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla