Yuxarı

Ən çox xərçəng aşkarlanan orqanlar hansılardır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən çox xərçəng aşkarlanan orqanlar hansılardır?

İnsan bədəninin bəzi orqanları digərlərindən daha çox xərçəngə meyillidir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, onkoloq Konstantin Titovun sözlərinə görə, son illərdə bu siyahıya daha çox orqanlar daxil olur.

“Ümumiyyətlə, xərçəng 90% qazanılmış xəstəlikdir və ən çox yaşlı insanlara təsir göstərir. Bu xəstəlikdə lider orqanlar var. Bunlar ağciyər xərçəngi, qadınlarda döş xərçəngi, bədxassəli dəri şişləri, kolon və düz bağırsaq xərçəngi və prostat xərçəngidir. Metastaz olmadan kiçik ölçülü bir şişin erkən aşkarlanması 80-90% hallarda şişin tam aradan qaldırılmasını təmin edir.

Xəstəliyin erkən forması olan bütün xəstələr daha az aqressiv müalicə olunur. Çox vaxt orqan qoruyan cərrahiyyə aparılır, radiasiya terapiyası həmişə tələb olunmur və nadir hallarda əlavə kimyaterapiyaya ehtiyac yaranır.

Xərçəngin əsas düşməni erkən diaqnozdur. Xəstəlik nə qədər tez aşkar edilərsə, tam sağalma ehtimalı bir o qədər çox olar. Bu səbəbdən sağlamlığınızı diqqətlə izləmək və narahatedici simptomlar görünən kimi həkimə müraciət etmək tövsiyə olunur”, - Titov qeyd edib.

Tarix
2023.11.12 / 02:04
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla