Yuxarı

35 yaşı ötən qadınların diqqətinə: Bu qida əlavələri...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
35 yaşı ötən qadınların diqqətinə: Bu qida əlavələri...

Müasir dövrdə yaxşı qidalanmaq belə sağlam olmağa zəmanət vermir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, artıq bir çox qida kifayət qədər vitamin və mineral ehtiva etmədiyi üçün qida əlavələrinə müraciət edənlərin sayı durmadan artmaqdadır. Nəzərə alsaq ki, bir çox insan meyvə, tərəvəz, balıq və ət məhsullarını tövsiyə olunan miqdarda istehlak etmir, qida əlavələrinin əhəmiyyəti daha da artır. Üstəlik, bədənimiz yaşlandıqca və hormon səviyyələrimiz dəyişdikcə, qidalanma ehtiyaclarımız da dəyişir.

Ekspertlər bildirirlər ki, xüsusilə 35 yaşdan sonra, əsasən də qadınlar qida əlavələrindən istifadə etməlidirlər. Qadınların menstrual dövrdən menopoza gedən dövrdə unikal qidalanmağa ehtiyacları var. Lakin hansı əlavələrə ehtiyac duyduğunuzu tapmaq heç də asan məsələ deyil. Çünki qida əlavəsi sənayesi 30 milyard dollar dəyərindədir və 30 mindən çox məhsulu əhatə edir.

Ekspertlər 35 yaşdan sonra aşağıdakı qida əlavələrini istifadə etməyi məsləhət görürlər. Ancaq mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.

1. Balıq yağı;

2. Vitamin D3;

3. Vitamin K2;

4. Fol turşusu;

5. Kolin;

6. Lutein və Zeaksantin.

Tarix
2024.02.25 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

Mustafayev Rusiyada Overçuk və Emin Ağalarovla görüşdü

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla