Yuxarı

Daha bir gənc ana ölümü

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir gənc ana ölümü

Gürcüstanlı həkimlərin sözlərinə görə, 22 yaşlı qadının ölümünə səbəb azərbaycanlı həmkarlarının səhlənkarlığı olub.

Azərbaycanda daha bir ana doğuşdan sonra dünyasını dəyişib. Ana ölümü Qazax rayonunda qeydə alınıb.

Belə ki, Qazax rayonu Bakı küçəsi 175 üvanında yaşayan 22 yaşlı Vüsalə Siyavuş qızı Məmmədova yanvarın 31-də vaxtından öncə təbii doğuş keçirib. Ana oğlan uşağı dünyaya gətirib. Uşağın çəkisi 3 kiloqram olub. Körpənin vəziyyəti normal olsa da, ananın halı evə buraxılandan sonra yenidən pisləşib.

Onu yenidən rayon xəstəxanasına aparıblar. Lakin orada Vüsalə Məmmədovanın vəziyyətində irəliləyiş olmadığı üçün qadın Bakıya, Kliniki Tibbi Mərkəzə gətirilib. Təssüf ki, burada da qadına heç bir yardım etmək mümkün olmayıb.

Ailə üzvlərinin verdikləri məlumata görə, qadın doğuşdan sonra daxili qanaxma keçirib. Bakıda da qadına yardım edə bilmədikləri üçün, onu Gürcüstana aparıblar (ANS).

Vüsalə Məmmədovaya Gürcüstanda tibbi yardım göstərilsə də, qadının səhhətində heç bir irəliləyiş olmayıb. Gürcüstan həkimləri Vüsalənin ailə üzvlərini bildiriblər ki, qadın həkim səhlənkarlığı üzündən bu hala düşüb. Deyilənlərə görə, qadın vaxtından əvvəl təbii doğuş keçirib. Bu səbəbdən də, Vüsalənin daxili orqanları zədələnib. Həkimlər bundan gec xəbər tutublar. Gürcüstanlı həkimlərin sözlərinə görə, vaxtında müdaxilə olsaydı, bəlkə də, vəziyyət bu qədər pisləşməzdi.

Gürcüstan həkimlərinn səylərinə baxmayaraq, Vüsalə Məmmədova bu gecə dünyasını dəyişib. Hazırda meyidi Qazaxa, doğulduğu kəndə gətirilir. Gənc ananın bu gün və ya sabah dəfn ediləcəyi bildirilir.

Faktla bağlı əlavə məlumatlar veriləcək.

Tarix
2014.02.07 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla