Yuxarı

Orqanizmi zamanla dağıdıb məhv edən qidalar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orqanizmi zamanla dağıdıb məhv edən qidalar

Yeməyə vərdiş etdiyimiz, süfrəmizdən əskik etmədiyimiz qidalar birdən yox, zamanla, asta-asta orqanizmi daxildən dağıdır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan diyetoloq bu qidalar barədə xəbərdarlıq edib:

“Yediyimiz bir çox qidalar gec təsir edən zəhər kimidir. İlk növbədə bu qazlı, şirin içkilərdir. Qazlı içkidə çoxlu süni aromalaşdırılmış və şirinləşdirici maddələr var. O, bədənin içində boş kalorilərdən yağ qatı, təbəqəsi əmələ gətirir.

Elə insan var ki, qazlı su, limonad narkomanıdır. Xüsusən Kola, Fanta, energetik içkilər və s. Onlar heç bir yeməyi onlarsız yemir, hər gün 2 butulka içir və gördükdə dayana bilmir. Beyin artıq bu içkiləri siqaret, narkotik kimi tələb edir. Bu içkilərdən asanlıqla xilas olmaq da çətindir.

Siyahıda ikinci yerdə ağ çörək, ağ undan bişirilmiş məmulatlar, xəmir məhsulları gəlir. Müxtəlif peçenye, bulka, pirojna, vaflilər qanda şəkəri, insulini qaldırır.

Üçüncü yeri bütün piştaxtaları və kafeləri cənginə alan transyağlar tutur. Eləcə də müxtəlif konservlər, kartof–fri. Hətta faydalı balığın konservində belə civə var ki, çox yedikdə toxumalarda, orqanlarda yığılır”.

Tarix
2024.03.20 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla