Yuxarı

Qaraciyər 500 funksiya yerinə yetirir - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaraciyər 500 funksiya yerinə yetirir - Həkim

Qaraciyər xəstəlikləri ilkin mərhələlərdə heç bir əlamət verməyə bilər. Hətta çox aktiv iltihabi proses getdikdə belə xəstəni bir o qədər narahat etmir. Bu da xəstəliyin aşkarlanmasını çətinləşdirir. Xəstəliyə yoluxmamaq üçün vaxtında virus əleyhinə peyvənd vurulmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Aztibb.az-a məlumat verən Diaqnoz Tibb Mərkəzində Baş həkimin müalicə işləri üzrə müavini, terapevt-hepatoloq Tofiq Əkbərov bildirib ki, qaraciyər orqanizmdə 500-dən çox metobolik funksiya yerinə yetirən ən böyük orqandır. O, qanda olan toksinləri, dərman maddələrini, alkoqolu zərərsizləşdirib orqanizmdən çıxarır, qan laxtalanma faktorlarını sintez edib qanın laxtalanma prosesini təmin edir və maddələr mübadiləsində iştirak edir.

Həkimin sözlərinə görə, bu funksiyalarda zəifləmə baş verdikdə orqanizmdə zəiflik, iştahasızlıq, halsızlıq, arıqlama, sarılıq və digər simptomlar yaranır. Hepatozlar qaraciyərin piy distrofiyası (yağ hüceyrələrinin normadan 10 faiz və ya daha çox artması) nəticəsində əmələ gəlir. Buna qaraciyərin piylənməsi deyilir.

"Qaraciyər xəstəliklərinin klinik əlamətləri zəif olduğuna görə hər bir insan vaxtaşırı qaraciyərin sağlamlığını müayinələrlə yoxlamalıdır", - Tofiq Əkbərov əlavə edib.

Tarix
2024.06.03 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla