Yuxarı

Hamiləlikdə bunu etmək autizm riskini artırır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hamiləlikdə bunu etmək autizm riskini artırır

Alimlər müəyyən ediblər ki, hamiləlik zamanı riayət olunan qidalanma tərzi körpənin autizmə tutulma riskinə təsir edir.

Axar.az Medicina.az-a istinadən bildirir ki, sosial qarşılıqlı əlaqə və ünsiyyətdə problemlər yaradan autizm spektri pozğunluğunun həm ətraf mühit, həm də genetik faktorlardan qaynaqlandığı düşünülür.

“JAMA Network Open” jurnalında dərc olunan yeni araşdırma çərçivəsində İngiltərə və Norveçin iki əhatəli məlumat bazasından istifadə olunub. Beləliklə, ən azı 95 min ana və körpənin məlumatları təhlil edilib.

Birləşmiş Krallıqda məlumatlar 1990-1992-ci illərdə və Norveçdə 2002-2008-ci illərdə toplanıb.

Uşaqlar ən azı 8 yaşına qədər izlənilib. Tədqiqatçılar müəyyən ediblər ki, hamiləlik dövründə sağlam qidalanan anaların uşağına autizm diaqnozu qoyulma ehtimalı pis qidalananlara nisbətən 22 faiz aşağı olur.

Sağlam qidalanmaq dedikdə doymuş yağlardan, işlənmiş ətdən, şirin içkilərdən və lazımsız karbohidratlardan uzaq durmaq, eyni zamanda müntəzəm olaraq tərəvəz, meyvə, çərəz, balıq və tam taxıllar istehlak etmək nəzərdə tutulur.

Hamiləlik dövründə müntəzəm olaraq sağlam qidalanan anaların uşaqlarının sosial problemlərinin yaranması ehtimalının da 24 faiz azaldığı anlaşılıb.

Ananın pis qidalanmasının qız uşaqlarına daha çox təsir etdiyi müəyyən edilib.

Tədqiqatçılar hamiləlik zamanı riayət edilən pəhrizin DNT və ya immunitet sisteminə təsir göstərə biləcəyini irəli sürürlər.

Autizm hallarının təxminən 40-80 faizinin genetik mənşəyə malik olduğu təxmin edilir. Bu səbəbdən sağlam qidalanan analardan dünyaya gələn uşaqlarda da autizm ehtimalı var.

Tədqiqat qrupu tapıntılarını təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu etiraf edib.

Tarix
2024.07.23 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla