Yuxarı

Gənclərdə xərçəngin yaranma səbəbləri - bunları etməyin!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənclərdə xərçəngin yaranma səbəbləri - bunları etməyin!

Dünyada 50 yaşa qədər xərçəng xəstələrinin sayı artıb. Amerikalı tədqiqatçıların məlumatına görə, bütün xərçəng hadisələrinin 40 faizə qədəri müxtəlif həyat tərzi faktorları ilə bağlıdır.

Axar.az xəbər verir ki, Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının alimləri 135 min insanın iştirak etdiyi araşdırma aparıblar. JAMA (The Journal of the American Medical Association) beynəlxalq tibbi elmi jurnalında təqdim olunan hesabatdan belə nəticəyə gəlmək olar ki, alkoqol son illərdə xəstələrin sayının artmasına səbəb olan amillərdən biridir. Yüngül və orta dərəcədə alkoqol qəbul edənlər arasında yalnız nadir hallarda içən insanlarla müqayisədə xərçəngdən ölüm göstəricisinin artması müşahidə olunur.

Beləliklə, az miqdarda alkoqolun, məsələn, ürəyə, sağlamlığa faydalı ola biləcəyi bir mifdir. Kiçik dozalar belə ilk növbədə mədə-bağırsaq traktına, qaraciyərə və süd vəzisinə təhlükə yaradır.

Tədqiqatlar göstərir ki, gündə təkcə bir qədəh şərabla süd vəzi xərçəngi riski artır.

Lakin Karolina İnstitutunun və Upsala Universitetinin epidemiologiya tədqiqatçısı Süzan Larssonun fikrincə, artıq çəki və ya piylənmənin orta dərəcədə alkoqol istehlakı ilə müqayisədə xərçəng xəstəliyinə səbəb olma ehtimalı daha çoxdur. "Piylənmə müxtəlif hormonlara təsir edir və bu hormonların bəziləri xərçəngin inkişafını sürətləndirir", - o qeyd edib.

Gənclər arasında xərçəng nisbətlərinin artmasına səbəb ola biləcək digər amillər qidalanma və idman məşqləri vərdişləridir. Çoxdan məlumdur ki, fiziki aktivliyin olmaması, yağlar və emal edilmiş qidalarla zəngin pəhriz xərçəngin inkişafına yol açır.

Tarix
2024.09.22 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla