Yuxarı

Yüksək İQ və intellektin sonu psixi pozuntu ola bilər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yüksək İQ və intellektin sonu psixi pozuntu ola bilər

İntellektual və İQ səviyyəsi üstün insanlar daha oyaq və həssas sinir sisteminə malikdir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, ABŞ Pitser kollecinin bir qrup alimi psixoneyroimmunologiya üzrə elmi araşdırmalar aparır.

Onlar stress, ətraf mühitin baş beyin və immun sistem arasındakı əlaqəyə təsirini öyrənir.

Alimlər hesab edir ki, yüksək intelektual qabiliyyəti olan insanlar oyaq, hiperaktiv mərkəzi sinir sisteminə sahibdir:

“İstənilən kiçik bir narahatlıq, hətta geyimin arxasında olan yarlıq, hər hansı qoxu, səs sinir sisteminə toxunur, onlarda illərlə xroniki stress davam edir, bu da ciddi nəticələrə gətirib çıxarır. Simpatik sinir sistemi xroniki olaraq aktiv olduqda, beyində immun dəyişikliklər kaskadı baş verir. Bu da orqanizmə, digər orqanlara, əhvala təsir edir".

Bu nəzəriyyəni təsdiq etmək üçün alimlər Mensa klubunun 3715 üzvünü sorğulayıblar.

İştirakçılar sinir, əsəb, psixoloji durum barədə suallara cavab verməli, bu vaxta qədər hansı psixi pozuntular diaqnoz edildiyini bildirməliydilər. Əsas pozuntular: diqqət əskikliyi, hiperaktivlik, autistik pozuntu, RAS, depressiya, müxtəlif autoimmun xəstəliklər və s.

Məlum olub ki, Mensa klubunun üzvlərində bu pozuntular daha çox aşkarlanıb, nəinki digər sıravi insanlarda. Onlarda təşviş pozuntusu amerikanlardan 20% çox idi.

Beləliklə, intelektual insanların psixi xəstəliklərə tutulma ehtimalı 4 dəfə yüksəkdir.

Mensa üzvləri arasında diqqət yayğınlığı, astma, depressiyası olanlar çox idi.

Tarix
2024.11.05 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla