Yuxarı

Alkoqolizmin ilk 7 əlaməti...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alkoqolizmin ilk 7 əlaməti...

Alkoqolizm, içki asılılığı, əyyaşlıq narkomaniya kimi xəstəlik və asılılıqdır. Onu ilkin mərhələdə aşkar etmək çox vacibdir. Xəstələr tədricən dozanı artırır, yaddaşında pozulmalar baş verir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, psixiatr-narkoloq Ruslan İsayev ilk simptomları açıqlayıb.

“Birinci mərhələ üçün xəstə içki olan məclis, ad günü, bayramları və ya işdən sonra axşamı səbirsizliklə gözləyir, hər dəfə də dozanı ötəndəfəkiyə nisbətən bir qədər artırır.

Doğmaları onda aqressiya, içkidən sonra həyəcan, yuxululuq və getdikcə yaddaşında qısaqapanma kimi "alkoqol palimsestləri" müşahidə edə bilər.

Digər göstərici qusma refleksinin itməsidir. Sağlam şəxslər böyük doza və zəhərlənmədən qaytarır, amma alkoqoliklərdə zamanla bu itir və o, zəhərlənsə belə, qusmur.

Ailəsinin təkidi ilə içkini tərgitmiş kimi davranır, 2 həftə dözür, lakin sonra istənilən təklifə qarşı dayana bilmir və alkoqolu dadır. Bu simptomlar onu göstərir ki, burda artıq iradə rol oynamayacaq, xəstə narkoloqa, psixiatra müraciət etməlidir. Effektiv müalicə metodları var”, - R.İsayev bildirib.

Tarix
2024.11.07 / 02:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla