Yuxarı

Bu əlamətlər varsa, orqanizm xəstədir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu əlamətlər varsa, orqanizm xəstədir

Orqanizm ayrı-ayrı orqanlardan ibarət olsa da, ümumi bir sistemdir. Bu sistemin işində pozulma olarsa, digər sistem və orqanlarla əlamətlərlə özünü göstərir. Elə əlamətlər var ki, müəyyən zaman içində keçəcəyini gözləmək olmaz.

Axar.az Medicina.az-a istinadən mütləq müayinə tələb edən təhlükəli əlamətləri təqdim edir:

- Təngnəfəslik. Fiziki hərəkət, iş zamanı qəfil artan təngnəfəslik ürəyin işemik xəstəliyi, ağciyər problemi və damar tıxanmasından xəbər verə bilər.

- Qarında ağrı. 90% insan qarın ağrısı zamanı ağrıkəsici içib, həkimə getmir. Dərman qəbulu isə problemi maskalayıb, həkimi də yanıldır.

Qarında ağrı əzələ spazmıdır. Amma spazm boşuna olmur. Səbəblər: kolit, qastrit, peritonit, appendiks, hətta xərçəng ola bilər.

- Yuxusuzluq. Bu ciddi nevroloji pozulmadır. Həkimlər yuxu gündəliyi tutmağı tövsiyə edir. Saat neçədə neçə dəqiqəyə yatdın, gecə yarı neçə dəfə oyandın, neçədə qalxdın...

Əgər səhər tezdən eyni saatda səbəbsiz oyanırsansa, bu, depressiya ola bilər. Eləcə də yuxu pozğunluğu orqanizmdə digər sistemləri pozur.

- Baş ağrıları. Burda da dərmanla maskalanırsız. Baş ağrısının azı 30 səbəbi var.

- Kəskin çəki itirmə. Əgər istəmədən, normal yeyərək getdikcə iştahınız azalırsa və arıqlayırsızsa, 2 ay ərzində minimum 5-7 kq çəki itirmisizsə, bu ya diabet, ya da xərçəng əlamətidir. Xərçəngin əlamətləri çoxdur.

- Ürəkbulanma. Banal həzm pozuntusu, qastrit və yeməklərdən, hətta stresdən ola bilər. Amma daha təhlükəli xəstəliklərin siqnalı ola bilər. Məsələn, mədəaltı vəz, mədə xərçəngi, appendiks, böyrək çatışmazlığı, bağırsaq keçməməzliyi və s.

- Daimi susuzluq və tez-tez tualetə getmək. İntoksikasiya, susuzlaşma, diabet, nefrit, böyrək problemlərindən ola bilər. Kişilərdə bu əlamət prostat xərçəngində də olur.

Tarix
2024.12.01 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla