Yuxarı

Ağciyərləri, bronxları bunlarla təmizləyin!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağciyərləri, bronxları bunlarla təmizləyin!

Ağciyərlər havaya, tüstüyə, ətraf mühitə həssasdır, onlar orqanizmin filtrasiya orqanıdır. Bəs biz ağciyərlərimizi nə dərəcədə qoruyuruq?

Axar.az Ailem.az-a istinadən ağciyərləri təmizləyərək, xəstəliklərin qarşısını alan qidaların siyahısını təqdim edir:

Sarımsaq

Tənəffüs sisteminin ən önəmli orqanı olan ağciyərlərin tam gücü ilə işləməsini dəstəkləyən qidalardan biri sarımsaqdır. Antibiotik təsir göstərən sarımsaq tərkibindəki bir çox vitaminlə ağciyər xərçənginə qarşı qoruyucudur.

Yeməklərin yanında bir diş çiy sarımsaq yeməyin ağciyərlərə təmizləyici təsir göstərdiyi elmi olaraq sübut olunub.

Zəncəfil

Çirkli hava şəraiti siqaret və müxtəlif faktorlar ağciyərlərdə toksinlərin yığılmasına səbəb olur. Ağciyərləri təmizləmə gücü olan bir digər qida isə zəncəfildir. Bir litr suya yarım baş zəncəfil tökün. Bu sudan hər gün 2 fincan qədər içilməsi ağciyərlərin təmizlənməsinə fayda göstərəcək.

Kərəviz

Kərəviz ağciyərlər üçün olduqca faydalıdır. Əgər siqaret çəkirsinizsə, kərəvizdən bol-bol istifadə etməlisiniz.

Kərəvizi salat olaraq və yeməklərdə istifadə etmək ağciyərlərinizi təmizləməyə yardımçı olacaq. Mövsümündə həftədə iki və ya üç dəfə yemək tövsiyə edilir.

Üzüm çəyirdəyi

Üzüm qədər, üzümün çəyirdəyi də sağlamlıq baxımından olduqca faydalıdır. Üzümün çəyirdəyi təbii bir antioksidantdır və xüsusilə ağciyər xərçənginə qarşı qoruyucu təsirə malikdir.

Qara üzümün çəyirdəyi sağlamlıq üçün olduqca vacibdir. Buna görə də üzümü mütləq çəyirdəyi ilə yeməyə diqqət göstərməlisiniz.

Tarix
2024.12.10 / 02:17
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla