Yuxarı

Hepatit C-nin yeni müalicə metodu tapıldı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hepatit C-nin yeni müalicə metodu tapıldı

Qaraciyərin virus xəstəliyi olan Hepatit C-nin yeni müalicə metodu artıq tətbiq edilir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, hepatitlər sağlam toxumanı fibroza çevirir və sirrozla nəticələnə bilər.

Hepatitdən dünyada vərəm və QİÇS-dən daha çox insan ölür. Hazırda dünyada 80 milyona yaxın insan hepatit C ilə yaşayır. Bu hepatit çox gizli gedir, insan uzun müddət xəbərsiz olur. Elə xəstələr var ki, yoluxan kimi immuniteti mübarizə aparır və kəskin formada keçir. Bu halda orqanizm antitellər hasil edir və xəstəliyə qalib gəlir.

Əgər bir xəstədə hepatit C gizli gedirsə və xronikidirsə, müasir protokollarla müalicə yazılmalıdır.

2019-cu ildə müalicədən interferonlar çıxarılıb.

Hazırda birbaşa təsir edən virusəleyhinə preparatlar mövcuddur. Müalicə virusun genotipi nəzərə alınmaqla laborator testlərdən sonra fərdi hazırlanır.

Hepatit C-nin müalicəsi 3-4 ay çəkir, gündə 2-4 tablet qəbul edilir. Bir çox ölkədə dərmanlar ambulator xəstələr üçün pulsuz verilir.

Hepatitlərlə effektiv mübarizə üçün vaxtında diaqnoz qoyulmalı, skrininqlər olmalıdır. Hepatitləri terapevt, hepatoloq, qastroenteroloqlar müayinə edə bilər.

Tarix
2025.01.14 / 02:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla