Yuxarı

Gəncləşən revmatizm: bu, "oynaq" deyil, ürəklə bağlıdır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncləşən revmatizm: bu, "oynaq" deyil, ürəklə bağlıdır

Bu gün gənclərə revmatizm diaqnozu daha çox qoyulur.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, əvvəllər yaşlıların xəstəliyi hesab edilən revmatizm indi gənclərdə daha çox aşkarlanır.

Bu xəstəlik el arasında oynaqlarla əlaqələndirilir, lakin ilk növbədə ürək-damar ağırlaşmaları – mitral qapaqların, klapanların zədələnməsi və ürək qüsurlarının inkişafı səbəbindən təhlükəlidir.

Skandinaviya Sağlamlıq Mərkəzinin kardioloqu İvan Efremkin xəstəliyin necə inkişaf etdiyini, kimlərin risk altında olduğunu deyib:

"Revmatizm (və ya revmatik qızdırma) A qrupundan streptokok ilə yoluxmasından sonra inkişaf edir, bədənin birləşdirici toxumalarına təsir edən iltihablı bir prosesdir.

Revmatik ocaqlar streptokok infeksiyasından 2-3 həftə sonra inkişaf edə bilər. Əsas simptomlara qızdırma, zəiflik, tərləmə və əzələ ağrıları daxildir. Böyük oynaqların (dizlər, dirsəklər və bud oynaqları) iltihabı ağrı və şişkinliklə müşayiət olunur.

Revmatik karditdə xəstələr ürək bölgəsində ağrı, taxikardiya və ürək ritminin pozulmasından şikayətlənə bilərlər. Ən təhlükəli nəticə ürək qüsurunun inkişafıdır.

Revmatizmi aşkar etmək üçün hərtərəfli müayinə, o cümlədən streptokoklara qarşı antikorların səviyyəsi üçün qan testi (ASO), elektrokardioqram (EKQ) və ürəyin ultrasəsi (Exo), eləcə də müxtəlif digər müayinələr aparılır.

Müalicə immun sisteminin fəaliyyətini azaltmaq və fəsadların qarşısını almaq üçün penisilin antibiotiklərinin qəbulu və antiinflamatuar terapiyadan ibarətdir.

Gənclər arasında xəstələnmə hallarının artması diaqnozun gec qoyulması və özünü müalicə ilə əlaqələndirilir. Vaxtında müalicə olmadıqda, cərrahi müdaxilə tələb edən ciddi fəsadların yaranma ehtimalı artır”.

Tarix
2025.01.31 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla