Yuxarı

Ramazanda düzgün qidalanma

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramazanda düzgün qidalanma

Ramazanda düzgün qidalanma böyük əhəmiyyət kəsb edir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, oruc zamanı uzun müddət ac qalmaq və sonradan yanlış qidalanma həzm problemləri, qan şəkərində ani dalğalanmalar və enerjinin azalması kimi problemlərə səbəb ola bilər.

Qan şəkərinin sürətlə qalxıb-enməsi yorğunluq, başgicəllənmə və zəiflik hisslərinə gətirib çıxarar. Tez və həddindən artıq yemək mədə yanması, həzmsizlik və şişkinlik kimi həzm problemlərinə səbəb ola bilər.

Çox yağlı, ədviyyatlı və qızardılmış qidalar mədədə narahatlıq yaradar. Lifli az yemək və kifayət qədər su içməmək qəbizliyə səbəb olar. Həddindən artıq yağlı və işlənmiş qidalar da bağırsaq hərəkətlərinə mənfi təsir göstərər.

İftar və imsak arasında kifayət qədər su içilməməsi baş ağrısı, yorğunluq, diqqəti cəmləmə kimi problemlər yaradar. Yağ və karbohidratlarla zəngin qidalanma kökəldər.

İmsakı qaçırmayın: Zülal, sağlam yağlar və kompleks karbohidratlardan ibarət sahur yeməyi yeyin.

İftarda tez-tez yeməyin: Yüngül şorba və xurma ilə başlayın və həzm üçün vaxt verin.

Şəkər və işlənmiş qidalardan çəkinin: Qan şəkərini balanslaşdırmaq üçün tam taxıl, lif və təbii qidaları seçin.

Bol su için: İftarla imsak arasında ən az 1,5-2 litr su içməyə çalışın.

Hərəkət edin: Yüngül gəzintilər həzmə kömək edə bilər.

Tarix
2025.03.06 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla