Yuxarı

Həyatda necə xoşbəxt olaq?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həyatda necə xoşbəxt olaq?

Alimlər həyatda xoşbəxtliyə necə nail olmağın yollarını açıqlayıblar.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Toronto Universitetinin alimləri müəyyən ediblər ki, xoşbəxtliyi “qovmaq” və həyatın bütün sahələrinə nəzarət etməyə çalışmaq enerjinin tükənməsinə və psixi vəziyyətin pisləşməsinə gətirib çıxarır.

Qeyd olunub ki, xoşbəxtliyin axtarışı qartopu effektinə bənzəyir. İnsan özünü daha xoşbəxt hiss etməyə qərar verəndə, xoşbəxtlik gətirən şeyləri etmək qabiliyyətini tükəndirir.

Aktiv şəkildə xoşbəxt olmağa çalışan insanların gündəlik həyatda impulslarını idarə etmək qabiliyyəti azalır.

Bu fərziyyəni yoxlamaq üçün tədqiqatçılar könüllülər üzərində təcrübələr aparıblar. İştirakçılara sadə tapşırıq verildi: obyektlərin siyahısını sıralamaq. Sadəliyinə baxmayaraq, bu vəzifə zehni konsentrasiya və özünü tənzimləmə tələb edir.

Fəal olaraq xoşbəxtlik axtardıqlarını söyləyən iştirakçılar daha pis nəticə göstəriblər. Bu o deməkdir ki, xoşbəxtlik arxasıyca düşmək insanın zehnini yükləyir, bu gününü zəif edir.

Tarix
2025.03.08 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla