Yuxarı

Narkomanların sayı 29 milyona çatdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkomanların sayı 29 milyona çatdı

Dünyada narkotikin səbəb olduğu xəstəliklərdən əziyyət çəkən insanların sayı 29 milyona çatıb.

ANS-in məlumatına görə, bu barədə BMT-nin Narkotiklər və cinayətkarlıq üzrə İdarəsinin hesabatında deyilir. Hesabatda son 6 il ərzində kəskin şəkildə artımın qeydə alındığı bildirilir.

Sənəddə qeyd olunur ki, planetin 5% yaşlı əhalisi - təxminən 250 milyon insan 2014-cü il ərzində heç olmasa 1 dəfə də olsa narkotik maddədən istifadə edib.

"Bundan başqa 12 milyon insan narkotik maddələri iynə vasitəsi ilə qəbul edir ki, onlardan 14% HİV xəstəliyinə yoluxub", - deyə ekspertlər bildirib.

Heroindən aslılığın ən çox yayıldığı yerlər isə Şimali Amerika, Qərbi və mərkəzi Avropadır. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesabatında qeyd olunur ki, bu ərazilərdə yüksək dozalı narkotik maddələrin qəbulundan ölənlərin sayıda həddindən artıq yüksəlib.

"Heroin həddindən artıq insanın ölümünə səbəb olan narkotik maddə olaraq qalmaqdadır. Onun yayılmasına qarşı operativ cavab verilməlidir". Bu sözləri idarənin rəhbəri Yuri Fedetov bildirib.

Beynəlxalq ekspertlərin məlumatına görə, qadağan edilmiş digər ən təhlükəli vasitə marixuana olaraq qalır. 2014-cü ildən ondan 250 narkomandan 183 milyonu heç olmasa bir dəfə də olsa istifadə edib.

BMT-də narahatlıq doğuran digər fakt isə əsasən qərb ölkələrində narkotiklərin ictimai qəbulu artır ki, bu da asılı olan insanların sayının artmasına kömək edir.

Qeyd edək ki, Azərbaycanda 28.555 narkoman olduğu barədə bu gün rəsmi açıqlama verilib.

Tarix
2016.06.24 / 01:02
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır...

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla