Yuxarı

Bu meyvələri yeyərkən ehtiyatlı olun - Diqqət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu meyvələri yeyərkən ehtiyatlı olun - Diqqət

Mütəxəssislər 10 yay meyvəsinin faydası və bu meyvələri qəbul edərkən diqqət yetirilməsi lazım olan məqamları açıqlayıb.

Axar.az 10 meyvə haqda bilinməsi vacib olan məlumatı təqdim edir:

Gilas

A, C, K vitaminləri ilə zəngin olan gilas xərçəng hüceyrələrinə qarşı müalicəyə, stressə, şəkərə faydalı olsa da, aspirin təsiri yaratdığı üçün qanı duruldur. Buna görə də qandurulducu dərman istifadə edənlər bu meyvənin qəbulu zamanı diqqətli olmalıdır. Gün ərzində 1 boşqabdan çox albalı qəbul etmək olmaz.

Qarpız

95 faizi su olan qarpız antioksidant təsirə malikdir. Xərçəngə, ürəkdə iflicə qədər bir çox xəstəliyə faydalıdır. Ancaq qlisemik təsiri yüksək olduğu üçün qan şəkərini yüksəldə və tez acmağa səbəb olur. Gün ərzində 3 dilim qarpızın qəbulu kifayətdir. Diabet xəstələri qarpızı pendirlə qəbul edə bilərlər.

Şaftalı

Yayda sərinləşdirici təsirə malik olan şaftalı antioksidant xüsusiyyətə malikdir. Şaftalının qabığında bakteriyanın olması riski yüksəkdir. Ona görə də mütləq qabığını soyaraq qəbul etmək lazımdır. Gündə bir ədəd qəbul etmək kifayətdir.

Böyürtkən

Xərçəng və şiş hüceyrələrinin inkişafını maneə törədən böyürtkən, tənəffüs yolu xəstəliklərinə qarşı da faydalıdır. Ancaq aspirinə qarşı allergiyası olanlar bu meyvədən yeməsələr, daha yaxşı olar.

Alça

Alça ürək və böyrəkdən qaraciyərə qədər bir çox orqanizmə xeyirlidir. Həzm sistemi həssas olanlar və dişi çürük uşaqlar bu meyvədən yeyərkən diqqətli olmalıdır. Normadan artıq yemək sağlamlıq üçün ziyanlıdır. Duza batırılaraq yeyilən alça yüksək təzyiq riskini artırır.

Əncir

Dəmir, maqnezium, kalsium, fosforla zəngin meyvə olan əncir digər meyvələrə görə daha çox lif məzmununa sahibdir. Qansızlığa, qəbizliyə, xərçəngə qarşı faydalıdır. 1 əncir bir boşqab meyvəyə bərabərdir.

Yemiş

Yemişin qoxusu iştahanı açır, ürəyi gücləndirir və sakitləşdirici təsirə malikdir. Tərləmə probleminə faydalıdır, quru dərini nəmləndirir. Xora və diabet xəstələri üçün yemiş yemək zərərlidir. Gündə 1 dilimdən artıq yeməmələri məsləhətdir.

Ərik

A, B, C, P vitaminləri ilə zəngin olan ərik immunitet sistemini qüvvətləndirir, qəbizlik, qansızlıq və miqrenə yaxşı təsir göstərir. Lakin həddən artıq istifadə edilərsə, qan şəkərinin yüksəlməsinə səbəb olur.

Armud

Ürək xəstəliklərinə, xərçəngə faydalı olan armud yayın şəfalı meyvələrindəndir. Aşağı təzyiqli insanların bu meyvəni qəbul edərkən diqqətli olmalıdır. Günə bir armud kifayətdir.

Üzüm

Üzüm yaşlanmağın qarşısını alır və yorğunluğu aradan qaldırır. Lakin qaraciyər piylənməsi olan və hamilə qadınlar üzümü diabet xəstələri kimi diqqətli qəbul etməlidir.

Tarix
2016.07.02 / 01:51
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla