Yuxarı

Cəbiş müəllimin ölüm günü - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbiş müəllimin ölüm günü - Foto

Bu gün Cəbiş müəllim kimi tanıdığımız görkəmli Azərbaycan aktyoru, xalq artisti Süleyman Ələsgərovun anım günüdür.

Axar.az xatırladır ki, Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda anadan olub. O, səhnəyə 1933-cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb.

Görkəmli aktyor "Bizim Cəbiş müəllim", "Dağlarda döyüş" (Mayor Poladov), "İstintaq davam edir" (Professor), "Alma almaya bənzər" (Professor), "Bir ailəlik bağ evi", "Bəxtiyar" (klub müdiri), "Köhnə bərə", "Bizi bağışlayın" kino-filmlərində, "Poçt qutusu", "Günəş", "Bir ailədə" və digər televiziya tamaşalarında uğurlu obrazlar yaradıb.

Sənətkarın təkcə "Bizim Cəbiş müəllim" filmində yaratdığı obraz bütövlükdə II Dünya Müharibəsinin insan hissləri, arzuları üzərindən necə çalın-çarpaz bir xətt çəkdiyini göstərir. Süleyman Ələsgərov Azərbaycan teatrının inkişafında göstərdiyi xidmətlərinə görə də seçilir.

O, bütün varlığı ilə mədəniyyətə, incəsənətə, ədəbiyyata bağlı adam olub. Təsadüfi deyil ki, aktyorun oktyabrın 16-da keçirilən 100 illik yubileyində qızı Sevil Əhədova da bu barədə danışıb:

"Atam mehriban insan, gözəl ata idi. İncəsənətə, teatra bağlılığım atamdan gəlir. O, mənə uşaqlıqdan romanlar, hekayələr oxumağı tövsiyə edirdi. Hər həftə əlimdən tutub məni teatra gətirirdi. Onun sayəsində teatrı sevdim. Atam haqqında kitab da yazmışam. Təəssüf ki, tamaşaçılar onu Cəbiş müəllim kimi xatırlayır. Amma teatrda atamın gözəl rolları olub. Səməd Vurğun, Maksim Qorki, Montenelli, Hacı Qəmbər və s. obrazlar yaradıb. Cəbiş müəllim atamın özü idi. Həyatda da Cəbiş müəllim kimi xasiyyəti var idi".

Böyük aktyor, bizim sevimli Cəbiş müəllim - Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.

Tarix
2015.12.10 / 17:14
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla