Yuxarı

Azərbaycanın məşhur polkovniki Polşada

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın məşhur polkovniki Polşada

2016-cı il martın 14-də Polşanın paytaxtı Varşava şəhərində "Salnamə" sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkilmiş "Polkovnik" sənədli filminin nümayişi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumatda bildirilir ki, film görkəmli hərbi xadim Vəli bəy Yadigarovdan bəhs edir.

V.Yadigarov rus çar ordusunun tərkibində I Dünya Müharibəsində iştirak edib, Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda korpus komandirinin yanında eskadron komandiri olub. XI Qırmızı Ordu Bakıya daxil olanda III Şəki süvari alayının pərakəndə dəstəsi ilə vuruşa-vuruşa Gürcüstan ərzisinə çəkilib. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşub və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə gedib. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olub.

Filmin rejissorları Tahir Əliyev və Leji Lyubax (Polşa), ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, prodüseri Nazim Hüseynovdur.

Filmin çəkilişlərində polşalı kinematoqraflar da iştirak ediblər.

Tarix
2016.03.07 / 15:14
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla