Yuxarı

Bayramov UNİSEF rəsmisi ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

29 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNİSEF) Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə Axar.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan və BMT, o cümlədən UNİSEF arasında mövcud əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Azərbaycanda, o cümlədən digər ölkələrdə həyata keçirilən birgə təşəbbüs və layihələrdən bəhs olunub.

Azərbaycanda fəaliyyəti dövründə UNİSEF-lə əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə Saja Farooq Abdullaha təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Ölkəmizin BMT-nin, habelə UNİSEF-in fəaliyyətində aktiv iştirakı qeyd olunub. Xüsusilə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dövründə sərgilənən nümunəvi birgə əməkdaşlığın bundan sonra da, o cümlədən növbəti il ölkəmizin ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumu zamanı da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Ölkəmizdə uşaqların həyat və sağlamlığı, təhsili istiqamətində həyata keçirilən birgə layihələrlə yanaşı, Azərbaycanın donor qismində çıxış etdiyi layihələrin, xüsusilə Fələstində orta məktəbin inşası təşəbbüsünün əlaqələndirilməsində UNICEF-lə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin müqabil tərəfi postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq fəaliyyəti, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan yenidənqurma səyləri barədə ətraflı məlumatlandırıb, vətəndaşlarımızın öz torpaqlarına ləyaqətli qayıdışının təmin olunması istiqamətində görülən işlərdən geniş şəkildə bəhs edib.

Saja Farooq Abdullah ölkəmizdə fəaliyyəti müddətində Azərbaycanda uşaqların həyat, sağlamlıq və rifah indikatorlarının yüksəldiyini məmnunluqla qeyd edib, bu istiqamətdə ölkəmizin aidiyyəti dövlət qurumları ilə faydalı əməkdaşlığın rolunu vurğulayıb.

Qarşı tərəf UNİSEF-in nümayəndəsi qismində Azərbaycanda çalışdığı müddətdə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkür edib, Azərbaycan- UNİSEF əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi istiqamətində arzularını çatdırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.07.29 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - Foto

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar

Dumanın deputatı: Azərbaycandan nümunə götürün!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla