Yuxarı

Bakı ilə razılaşma tarixi hadisədir - Mirzoyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə razılaşma tarixi hadisədir - Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtondakı görüşləri və əldə olunan razılaşmaları tarixi hadisə adlandırıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Mirzoyan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin Ağ Evdə paraflanmasını Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində mühüm mərhələ kimi dəyərləndirib.

Onun sözlərinə görə, bununla sülhün rəsmi və daimi mexanizmlərlə təmin olunması mərhələsinə start verilir.

Nazir bildirib ki, paraflamadan sonra verilən birgə bəyanatlar sərhəddə gərginliyin olmadığını və faktiki olaraq sülhün təmin edildiyini göstərir. O, həmçinin kommunikasiyaların açılması və infrastrukturun bərpası ilə bağlı mühüm danışıqlar mərhələsinin başa çatdığını, lakin texniki detallarla bağlı böyük işlərin hələ qarşıda olduğunu qeyd edib.

Mirzoyan vurğulayıb ki, Vaşinqton Bəyanatında infrastruktur layihələrinin hər iki ölkənin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində, qarşılıqlı fayda əsasında həyata keçiriləcəyi açıq şəkildə göstərilib və üçüncü tərəfin nəzarəti nəzərdə tutulmur.

O, əldə edilən razılaşma ilə Ermənistanın 35 ildən sonra blokadadan çıxdığını və Azərbaycanın dəmir yolu infrastrukturundan beynəlxalq ticarət üçün istifadə edə biləcəyini deyib.

Nazir qeyd edib ki, paraflanmış sülh sazişinin mətni avqustun 11-də ictimaiyyətə açıqlanacaq.

Tarix
2025.08.10 / 15:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla