Yuxarı

Pakistan səfiri: Bu, Əliyevin sayəsində mümkün oldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistan səfiri: Bu, Əliyevin sayəsində mümkün oldu

Bu gün Pakistanın Azərbaycandakı səfirliyində qardaş ölkənin Müstəqillik Günü qeyd olunub.

Axar.az xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfirliyinin əməkdaşları, həmçinin Azərbaycanın ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir Pakistan dövlət bayrağının qaldırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçılarına Pakistan Prezidenti Asif Əli Zərdarinin və Pakistanın Baş naziri Şahbaz Şərifin bu günün Pakistan xalqı üçün əhəmiyyətini vurğulayan mesajları oxunub. Pakistanın sülhü, firavanlığı və inkişafı üçün də dualar edilib.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin çıxışında bildirib ki, 1947-ci ilin bu günü qitə müsəlmanları üçün ayrıca bir vətən yaratmaqda müvəffəq olan əcdadlarımızın böyük amalının gerçəkləşdiyi gündür:

“Hindistanda və qanunsuz işğal altında saxlanılan Cammu və Kəşmirdə Modi rejimi tərəfindən yayılan nifrət dalğası əcdadlarımızın uzaqgörənliyinin bariz sübutudur.

Bu gün, Allahın lütfü ilə, tarixi bir gündür. Tarixi olmasının səbəbi, eyni zamanda, bu günü “Marka-e-Haq” (Həqiqət Günü) kimi qeyd etməyimizdir.

Bu ilin may ayında Pakistan Silahlı Qüvvələri Hindistanın təcavüzünə layiqli cavab vermişdir. Bu, təkcə pakistanlılar üçün deyil, eyni zamanda azərbaycanlı qardaş və bacılarımız üçün də qürurverici bir andır.

Pakistan Hindistanın hücumu zamanı Azərbaycan hökumətinin və xalqının göstərdiyi sarsılmaz dəstəyi həmişə yüksək qiymətləndirəcək və minnətdarlıqla xatırlayacaqdır.

Hindistanın təcavüzünə qarşı Pakistanın qəti qələbəsindən sonra dünya bu ilin 28 may tarixində – həm Azərbaycan, həm Pakistan üçün xüsusi olan bir gündə – Pakistan, Azərbaycan və Türkiyənin Laçında birgə qeyd etdiyi tarixi anlara şahid oldu.

Necə ki Azərbaycan Qarabağın azadlığı uğrunda mübarizəsini uğurla tamamladı, Pakistan da Hindistan tərəfindən işğal olunmuş Cammu və Kəşmirin azadlığı naminə mövqeyini qətiyyətlə qorumaqdadır.

Hörmətli Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Qarabağın azad olunması ilə nəticələndi. Ümid edirik ki, bir gün Hindistan tərəfindən işğal altında olan Cammu və Kəşmir xalqı da Hindistan zülmündən azad şəkildə yaşamaq imkanı əldə edəcəkdir.

Yaşasın Pakistan–Azərbaycan qardaşlığı!”

Tarix
2025.08.14 / 12:30
Müəllif
Zəhra Cəfər
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla