Yuxarı

Davudoğlunun Bakı ilə bağlı sözləri müzakirə yaratdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Davudoğlunun Bakı ilə bağlı sözləri müzakirə yaratdı

Türkiyənin keçmiş baş naziri (həm də sabiq xarici işlər naziri), hazırda hakimiyyətə müxalif mövqedə dayanan Əhməd Davudoğlu yerli televiziya kanallarından birinə verdiyi müsahibədə deyib ki, əgər Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ankara Ermənistanla sərhədin açılmasına və bu ölkə ilə diplomatik münasibətlərin qurulmasına razılıq versəydi, Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda deyil, Ankarada görüşəcək və dəhlizin adı “Tramp” deyil, misal üçün, “Ərdoğan” adlandırılacaqdı.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Davudoğlu xarici işlər naziri olduğu dövrdə Ermənistanla imzalanan İsveçrə protokollarına qayıdılması təşəbbüsü ilə də çıxış edib:

“Davudoğlu həmçinin Türkiyə-Azərbaycan-Ermənistan üçlü formatının təsis edilməsi vacibliyindən danışıb.

Əhməd Davudoğlunun üçlü format barədə söylədiyinin gələcəkdə reallaşması ehtimalı yüksəkdir, ancaq o biri açıqlamaları mübahisəlidir. Türkiyə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sərhədi açıb, diplomatik münasibətlər qursaydı belə, İrəvan Bakı ilə dialoqunda Ankaranı vasitəçi olaraq qəbul etməyəcəkdi. Baş nazir Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarıdır, ancaq o belə Prezident İlham Əliyevlə sülh sazişinin mətninin Ankara və ya İstanbulda paraflanmasına razılıq verməzdi. Vaşinqtondakı razılaşmada Zəngəzur dəhliziylə bağlı ABŞ-ın iştirakı ilə konsorsiumun yaradılması təklif edilib. İrəvan belə bir konsorsiumun Türkiyənin rəhbərliyi altında təsis edilməsinə razılıq verməzdi. Buna baxmayaraq, gələcəkdə formalaşacaq konsorsiumda Türkiyə şirkətlərindən birinin iştirakı mümkündür.

Rəsmi Ankara Vaşinqton razılaşmasını dəstəkləsə də, Türkiyədə bu razılaşmayla bağlı tənqidi fikirlər də səslənir. Türkiyədəki bir qrup siyasətçi və ekspert ABŞ-ı imperialist dövlət kimi dəyərləndirir və bu dövlətin İsraildən fərqlənmədiyi qənaətindədir. Buna görə də həmin dairələrdə Amerikanın istənilən təşəbbüsünə tənqidi yanaşılır.

Bizim üçün önəmli Türkiyənin rəsmi qurumlarının baxışıdır. Onların isə Vaşinqton razılaşmasına iradı yoxdur. Bunun dərin səbəbi var. Birincisi, Bakı strateji müttəfqliyə əsaslanaraq Vaşinqtonda üçlü görüşə hazırlıq mərhələsində Ankara ilə məsləhətləşməmiş deyil. İkincisi, Tramp əbədi prezident deyil, zaman gələcək “Tramp marşrutu” yenidən Zəngəzur dəhlizinə çevriləcək və bu yoldan daha çox istifadə edən Türkiyənin bölgədə rolu indikindən daha çox artacaq”.

Tarix
2025.08.18 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla