Yuxarı

Paşinyan “bitdi” dedi, Rusiya isə Zəngəzurdan əl çəkmir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan “bitdi” dedi, Rusiya isə Zəngəzurdan əl çəkmir

Rusiyanın bu ilin noyabrında 5 ili tamam olacaq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına istinad etməsi Kremlin saman çöpündən yapışmasına bənzəyir. Məsələ bitib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya XİN rəsmisi Mariya Zaxarovanın Zəngəzur dəhlizi ilə bağlı 2020-ci il 9/10 noyabr bəyanatına istinad etməsi haqda qeyd edib.

“Birincisi, 9/10 noyabr bəyanatı qəbul ediləndə Qarabağda separatizmin kökü hələ kəsilməmişdi, ərazi bütövlüyümüzü tam təmin etməmişdik. Azərbaycan bəyanatın qəbulunun 3-cü ilində ərazi bütövlüyünü təmin etdi. İkincisi, rus hərbçiləri evlərinə yola salınıblar. Üçüncüsü, Vaşinqtonda qəbul olunan razılaşmaya görə, Zəngəzur dəhlizinin tikintisi və işlədilməsiylə bağlı konsorsium qurulacaq və sənəddə dəhlizi Rusiya hərbi qüvvələrinin qoruyacağına dair bənd yoxdur. Bütün bunlar ortada varkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, “2020-ci ilin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri onlardan çıxmayıb, bu barədə sənədlər də mövcud deyil”. Bu lap özü olmayan, ancaq quru adı qalan Minsk Qrupunun “varlığına” bənzəyir ki, o da son günlərini yaşayır. Kremlin İrəvanla və Bakı ilə münasibətləri soyuqdur, üç iştirakçıdan ikisi 9/10 noyabrın tarixdə qaldığını bildirirsə, üçüncünün israrla “bəyanat qüvvədədir” xatırlatmasının heç bir əsası yoxdur”, - o bildirib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan 9/10 noyabr bəyanatının tarixdə qaldığını bildirib.

Tarix
2025.08.30 / 11:26
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla