Yuxarı

Rusiya Hindistanı qabağa verərək, Bakını... - Şok

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Hindistanı qabağa verərək, Bakını... - Şok

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən Sammitində Azərbaycanın təşkilata üzvlüyünün bloklanması ilə bağlı yeni məqamlar ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Diplomatik mənbələrdən məlumat verilib.

Məlum olub ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, Rusiya da bu prosesdə yaxından iştirak edib.

Bu prosesdə əsas rolu isə Rusiya Xarici İşlər Nazirliyi oynayıb.

Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub, müvafiq razılığa gəlinib. Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda dayanıb.

Mənbə onu da deyir ki, Rusiyanın bu hərəkəti həm də Çinə qarşı hörmətsizlik kimi qəbul olunmalıdır.

Çünki Çin Şanxay ruhuna uyğun olaraq təşkilatlın genişləndirilməsi üçün addımlar atır. Azərbaycanın ŞƏT-ə üzvlüyünə Pekin də ciddi dəstək verib. Lakin Çində keçirilən Sammitdə Rusiya və Hindistan Azərbaycanın təşkilata üzvlüyünü bloklamaqla, həm də Çinə qarşı hörmətsizlik nümayiş etdirib.

Tarix
2025.09.05 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna baş naziri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Qətərin baş naziri ilə görüşdü

İlham Əliyev böyük, dahi liderdir - Prezident

İlham Əliyev Fink və Oqunlesi ilə görüşdü

Türkiyə-Ermənistan yaxınlaşması... - İlham Əliyev

Ermənistan tərəfindən müraciət daxil oldu ki... - Prezident

İlham Əliyev mənim dostumdur - Vuçiç

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

BMT qətnamələri kağız üzərində qaldı – İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla