Yuxarı

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatla İkinci Qarabağ müharibəsi başa çatdı və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olundu. Lakin razılaşmaya baxmayaraq, bölgədə gərginlik tam aradan qalxmadı. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Qarabağda qanunsuz şəkildə mövcudluğunu davam etdirdi. 2020-ci ildən sonra bu silahlı birləşmələrin sayı 10 min nəfəri keçmişdi ki, bu da birbaşa üçtərəfli Bəyanatın pozulması demək idi.

Axar.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili 2021-ci ildən etibarən erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə terror aktlarının həyata keçirildiyini qeyd edib:

“Ermənistanda istehsal edilmiş yeni tipli minalar Azərbaycanın mülki və hərbi personalına qarşı istifadə olunurdu. Bu, bir daha sübut edirdi ki, Ermənistan və onun dəstəklədiyi separatçı rejim bölgədə sülh və sabitlik istəmir. Bu vəziyyət 2023-cü ilin 19 sentyabrında pik həddə çatdı. Qarabağda yerləşən erməni silahlı dəstələri genişmiqyaslı təxribatlara və terror hücumlarına əl atdılar. Azərbaycan Silahlı Qüvvələri məhz bu təxribatlara cavab olaraq Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən bölgədə lokal xarakterli antiterror əməliyyatına başladı. Əməliyyatın məqsədi həm təhlükəsizliyə qarşı olan təhdidləri aradan qaldırmaq, həm də Azərbaycanın Konstitusiya quruluşunu tam bərpa etmək idi”.

Kamaləddin Qafarov bildirib ki, antiterror əməliyyatı həm də Azərbaycanın müasir hərbi gücünün və siyasi iradəsinin bariz göstəricisi idi:

“Əməliyyat çox qısa müddətdə – cəmi 23 saat 43 dəqiqə ərzində uğurla başa çatdı. Separatçı silahlı dəstələr müqavimət göstərə bilməyərək ağ bayraq qaldırmağa məcbur oldular. Bundan cəmi 9 gün sonra, sentyabrın 28-də, Qarabağdakı qondarma rejimin rəhbəri Samvel Şahramanyan “Dağlıq Qarabağ Respublikasının” ləğvi ilə bağlı sənəd imzaladı. Bu sənəd, Ermənistanın illərdir bölgədə yaratmağa çalışdığı separatçı qurumun rəsmi şəkildə süqutu demək idi. 19-20 sentyabr antiterror əməliyyatı Azərbaycan dövlətçiliyi üçün strateji dönüş nöqtəsi oldu. Bu əməliyyat, təkcə hərbi yox, həm də siyasi və hüquqi baxımdan Azərbaycanın tam suverenliyinin bərpası yolunda atılmış həlledici addım idi”.

Tarix
2025.09.18 / 10:07
Müəllif
Axar.az
Digər xəbərlər

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla