Yuxarı

Rubionun “ruslar Trampa ötürüb” qalmaqalı: Xaos yarandı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rubionun “ruslar Trampa ötürüb” qalmaqalı: Xaos yarandı

ABŞ Dövlət katibi Rubio bir neçə senatorla qapalı görüşdə bildirib ki, Trampın Ukrayna ilə bağlı 28 bəndlik sülh təklifi əsasən rus planıdır və bu planı ruslar Uitkoff vasitəsilə Trampa ötürüblər. Bu məlumatdan sonra sosial şəbəkələrdə və KİV-də qalmaqal yarandı və bir neçə saatdan sonra Dövlət Departamenti Rubionun sözlərini təkzib etməyə məcbur oldu.

Axar.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

“Dövlət Departamentinin sözçüsü Tommi Piqott sosial şəbəkələrdə sərt təkziblə çıxış etdi:

“Bu, açıq-aşkar yalandır. Dövlət katibi Rubio və bütün administrasiyanın dəfələrlə vurğuladığı kimi, bu plan ABŞ tərəfindən, həm Rusiya, həm də Ukraynanın iştirakı ilə hazırlanıb”.

Rubio da rəsmi şəkildə öz əvvəlki versiyasından geri çəkilərək bildirdi: “Sülh təklifi ABŞ tərəfindən hazırlanıb. O, davam edən danışıqlar üçün bünövrə kimi təklif olunur. Plan Rusiya tərəfinin təkliflərinə əsaslanır. Amma o, həmçinin Ukraynanın əvvəlki və hazırkı təkliflərinə də əsaslanır”.

Gördüyünüz kimi, fikirlərdə müəyyən xaos var. Bəs həqiqət haradadır?

Həqiqət - ortadadır.

Rubio və Dövlət Departamenti uzun müddətdir ki, dondurulma planı üzərində işləyirlər və Tramp öz planına Dövlət Departamentinin bir neçə bəndini daxil edib, lakin planın böyük hissəsi Dmitriyevin Uitkoffa verdiyi və daha sonra Uitkoffun Trampa ötürdüyü bəndlərdir.

Uitkoff bir həftə əvvəl bu planı Umerova göstərib, ona görə də formal olaraq Dövlət Departamenti yalan danışmır və deyə bilərik ki, Ukrayna da prosesə cəlb olunub.

Trampın Ukrayna məsələsi üzərində işləyən iki müstəqil strukturu var - Uitkoff və Rubio. Bu iki mərkəz demək olar ki, bir-biri ilə əlaqədə deyil.

Bu gün Rubio İsveçrədə avropalı nümayəndələrlə Trampın Planını müzakirə edəcək və bu vacibdir, planda ciddi korrektələr olmalıdır”, - o bildirib.

Tarix
2025.11.23 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla