Yuxarı

Zəngəzur dəhlizi region üçün faydalı olacaq - Papuaşvili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzur dəhlizi region üçün faydalı olacaq - Papuaşvili

Zəngəzur dəhlizi layihəsi bütün bölgə üçün faydalı olacaq.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərin Zəngəzur dəhlizinin açılmasından sonra Gürcüstanın Orta Dəhlizdə funksiyalarını itirib-itirməyəcəyi ilə bağlı sualına cavabında deyib.

Şalva Papuaşvili bildirib ki, Gürcüstan Zəngəzur dəhlizi təşəbbüsünü alqışlayır:

“Azərbaycanla Ermənistan arasında sülh sazişi bütövlükdə bölgə üçün yeni perspektivlər açır və bu, yalnız nəqliyyat dəhlizinin funksiyası ilə bağlı deyil. Bu, daşıyıcılara daha yaxşı şərtlərin təklif olunması baxımından vacibdir və rəqabət buna daha əlverişli zəmin yaradır. Digər tərəfdən, bu, regionun sabitliyinin göstəricisidir. Sabitlik həm dəhliz ətrafında infrastruktur təminatına, həm də bölgədə müxtəlif sahələrə investisiyaları artıracaq".

Tarix
2025.11.23 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla