Yuxarı

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında mövcud olmuş gərgin vəziyyət başa çatmaq üzrədir.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Belqradda serbiyalı həmkarı Aleksandr Vuçiç ilə keçirdiyi birgə brifinqdə deyib.

O, Cənubi Qafqazın Şərqlə Qərb arasında ən önəmli bölgələrdən biri olduğunu qeyd edib:

“Serblərin də bu dəhlizlə bağlı böyük imkanları yaranacaq. Biz Qara dəniz vasitəsilə Balkan ölkələri ilə daha sıx münasibətlər saxlayacağıq. Bu ikitərəfli münasibətlər gündəliyimizə daha çox məsələni daxil etməyə imkan verəcək”.

Vuçiç öz növbəsində Gürcüstanın dünyada çox vacib yer tutduğunu bildirib:

“Gürcüstan gözəl ölkədir, Qara dənizə çıxışı var, Rusiya, Azərbaycan, Türkiyə, Ermənistanla həmsərhəddir”.

Prezidentin sözlərinə görə, tezliklə Serbiya ilə Gürcüstan arasında azad ticarət sazişinin imzalanması üzrə strateji müzakirələrə başlanılacaq. O, yaxın zamanlarda Tiflisdə Serbiyanın səfirliyinin açılacağını da vurğulayıb.

Tarix
2025.12.18 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla