Yuxarı

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Azərbaycan bazarının ehtiyac duyduğu mallar olmalıdır. Düşünürəm ki, məsələn, Ermənistan tikinti materialları sahəsində ixrac həyata keçirə bilər.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni iqtisadçı Qagik Makaryan Ermənistandan Azərbaycana hansı malların idxal oluna biləcəyi ilə bağlı yerli KİV-ə müsahibəsində deyib.

Ekspert iddia edib ki, Ermənistanda tikinti materiallarının istehsalı üçün çox yaxşı Avropa texnologiyalarından istifadə olunur:

“Qatarla bağlı problem olmasa, böyük həcmdə tikinti materiallar ixrac edilə bilər. İkincisi, Azərbaycan bazarı Ermənistan şərablarının çeşidləri, eləcə də meyvə araqları ilə maraqlana bilər. Üçüncüsü, bu, müəyyən növ konservləşdirilmiş məhsullar ola bilər, azərbaycanlıların çay həvəskarı olduqlarını nəzərə alsaq, mürəbbə satışı da mümkündür.

Ermənistanın bəzi Avropa ölkələri üçün istehsal etdiyi tikiş sektorunun bəzi məhsulları da. Müəyyən növ dərman, elektrik və elektron avadanlıqlar haqqında da danışmaq olar. Gələcəkdə münasibətlərdə inkişaf olsa, şirniyyat da sata bilərik.

Müxtəlif Ermənistan fabrikləri yaxşı şokolad istehsal edir, bunlar Belçika və bəzi Avropa ölkələrinə də ixrac olunur. Siqaretlərdən də bəhs etməyi zəruri hesab edirəm”.

Makaryan Azərbaycanın Ermənistan üçün böyük bazar ola biləcəyini vurğulayıb:

“Daimi bazar olsa, həcm artırıla bilər. Azərbaycan böyük bir ölkədir, əhalisi 10-11 milyondur, buna görə də Ermənistan bazarından ən azı üç dəfə böyükdür, niyə də olmasın”.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da yerli KİV-ə Ermənistan-Azərbaycan sərhədinin açılmasının vaxtının çatdığını iddia edib:

“Fikrimcə, Ermənistanla Azərbaycan arasında quru sərhədinin açılması və dəmir yolu ilə Ermənistan sərhədinə gələn yüklərin oradan multimodal şəkildə yük maşınlarına daşınması və Ermənistan-Azərbaycan quru sərhədindən keçməsi üçün çox yaxşı vaxtdır”.

Papoyan həmçinin Ermənistanın Azərbaycana ixrac edə biləcəyi malların olduğunu da qeyd edib:

“Kənd təsərrüfatı məhsulları, alüminium folqa, qızıl zinət əşyaları, ferromolibden, balıq məhsulları”.

Xatırladaq ki, Azərbaycan dekabrın 19-da Ermənistana 1300 ton həcmində Aİ-95 benzini tədarük edib. Ermənistandan ölkəmizə mümkün tədarük də bu kontekstdə gündəmə gətirilib.

Tarix
2025.12.25 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla