Yuxarı

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Hindistanla bağlı konfrans keçirildi

09:42

Bakıda ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmi şəxslər, eləcə də Kanada, Böyük Britaniya və ABŞ-də yaşayan zikh icmasının nüfuzlu nümayəndələri iştirak ediblər.

Konfransa həmçinin beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, eləcə də Hindistan hökumətinin repressiv və irqçi siyasətinin birbaşa qurbanları qatılıblar.

Konfransda Hindistan hökumətinin zikhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə həyata keçirdiyi irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasət müzakirə olunub. Xüsusilə Hindistanın BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya” və “İşgəncələrə qarşı Konvensiya” üzrə öhdəliklərini etnik azlıqlara münasibətdə kobud şəkildə pozması diqqətə çatdırılıb.

Sonda BTQ ilə Beynəlxalq Siqh Federasiyası arasında “Anti-siqh zorakılığına qarşı qlobal fəaliyyət naminə beynəlxalq ictimaiyyətə çağırış” adlı sənəd imzalanıb.

Tarix
2026.01.16 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla