Yuxarı

Bu qaydaların əsas fərqi nədir? - Akkreditasiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qaydaların əsas fərqi nədir? - Akkreditasiya

Yeni hazırlanan akkreditasiya qaydaları bu günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq. Bu qaydaların əsas fərqi ondadır ki, ilk növbədə, təhsilin keyfiyyətinin təminatı forması yenidən müəyyənləşdiriləcək. Digər fərq isə akkreditasiya komissiyalarının tərkibi formatının dəyişdirilməsidir.

Axar.az xəbər verir ki, bu sözləri dekabrın 2-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Samir Vəliyev jurnalistlərə müsahibəsində deyib.

S.Vəliyev vurğulayıb ki, hazırda akkreditasiya bir proses olaraq təhsil müəssisələrinin təhsildə keyfiyyətin təminatı istiqamətində gördüyü işlərin qiymətləndirilməsi ilə birbaşa əlaqələndirilir.

Xarici ölkələrdə distant təhsil alan tələbələrin diplomlarının tanınmaması məsələsinə toxunan S.Vəliyev deyib: “Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından biz onu təhsilin bir forması kimi qəbul etmirik. Gələcəkdə Azərbaycanda distant təhsil mexanizmi müəyyənləşdirildikdən sonra həmin təhsil forması üzrə xarici ölkə universitetlərində təhsil alan tələbələrin diplomları tanınacaq. Azərbaycanın diplomlarının xarici ölkələrdə tanınması hər bir ölkənin prosedur qaydalarına uyğun olaraq həyata keçirilir”.

Tarix
2016.12.02 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik faktorudur - Əliyev

Ərdoğanın Qarabağ səfərində mühüm mesaj...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla