Yuxarı

"Çatışmazlıqlar aradan qaldırılmalıdır"

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Çatışmazlıqlar aradan qaldırılmalıdır"

Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarına diqqət artırılmalı və bu sahədəki çatışmazlıqlar aradan qaldırılmalıdır.

Report xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib.

Parlamentdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı danışan S.Novruzov bildirib ki, diplomatik korpusların açılması Milli Məclisin qərarı ilə olub:

"Hansı ölkəyə deyə bilərik ki, biz bu ölkədə korpusu bağlayırıq. Deməliyik, vəsait çatmır, ona görə qapadırıq? Bu sahəyə diqqət artırılmalıdır”.

S.Novruzov qeyd edib ki, aztəminatlı ailələr nəzərə alınmalıdır, onların güzəranı yaxşılaşdırılmalıdır: “Azərbaycan sosial dövlətdir. Bundan başqa, kiçik və orta sahibkarlığa dəstək verilməlidir, kiçik sahibkarlıq vergidən azad olunmalı, orta sahibkarlıqla bağlı vergi dərəcələri azadılmalıdır”.

Tarix
2016.12.07 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla