Yuxarı

Prezident "Şücaətə görə" medalını təsis etdi - Fərman

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 356-VQD nömrəli Qanununun tətbiqi və “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 282 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Axar.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, həmin Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Müəyyən edilib ki, Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 356-VQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Şücaətə görə” medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 282 nömrəli Sərəncamına uyğun olaraq həyata keçirirlər.

Fərmana əsasən, “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 282 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 6, maddə 483; 2007, № 6, maddə 661; 2008, № 6, maddə 486; 2012, № 11, maddə 1098) 1-ci hissəsinə “Hərbi xidmətdə fərqlənməyə görə”,” sözlərindən sonra “Şücaətə görə”,” sözləri, “Azərbaycan Respublikasının fövqəladə hallar nazirinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi xidmətinin rəisinə, Azərbaycan Respublikasının xarici kəşfiyyat xidmətinin rəisinə,” sözləri əlavə edilsin və həmin hissədən “Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinə,” sözləri çıxarılıb.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Tarix
2016.12.08 / 15:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla